banner
banner

Gündəm

Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR

Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR

Fərdi sahibkarların sosial sığorta ödənişlərinin hesablanması qaydası dəyişib. 2026-cı il yanvarın 1-dən etibarən ödənişlər artıq fəaliyyət göstərilən əraziyə görə deyil, sahibkarın əldə etdiyi gəlirə əsasən hesablanır.

Yeni qaydalara əsasən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarlar gəlirlərinin (xərclər çıxılmadan) 2 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəməlidirlər.

“Sosial sığorta haqqında” Qanunun 14.5.1-ci maddəsinə edilən dəyişikliklə regionlar üzrə əvvəlki fərqləndirmə ləğv olunub. Belə ki, 2026-cı il yanvarın 1-dək sosial sığorta haqqı sahibkarın fəaliyyət göstərdiyi sahə və ərazidən asılı olaraq minimum aylıq əməkhaqqının müəyyən faizi əsasında hesablanırdı. Bakı şəhərində bu göstərici 100 faiz, Sumqayıt və Gəncədə 90 faiz, digər şəhərlərdə 80 faiz, rayon mərkəzləri və qəsəbələrdə 60 faiz, kənd yerlərində isə 50 faiz təşkil edirdi. 

Yeni hesablama qaydasında isə sosial sığorta haqqının minimum və maksimum hədləri müəyyənləşdirilib. Belə ki, aylıq ödəniş minimum aylıq əməkhaqqının 15 faizindən az, 100 faizindən isə çox ola bilməz. Hazırda minimum aylıq əməkhaqqı 400 manat olduğundan, fərdi sahibkarın ödəyəcəyi sosial sığorta haqqı ayda ən azı 60 manat, ən çoxu isə 400 manat təşkil edir.

Yeni qaydalara görə, hesablamada sahibkarın xərcləri nəzərə alınmır. Məsələn, fərdi sahibkarın aylıq gəliri 10 min manat, xərcləri isə 8 min manatdırsa, sosial sığorta haqqı 2 min manatlıq mənfəətə deyil, 10 min manatlıq ümumi gəlirə əsasən hesablanır. Bu halda ödəniş 200 manat olacaq.

Gəlirin az olduğu hallarda minimum hədd tətbiq edilir. Məsələn, aylıq gəliri 2 min manat olan sahibkar üçün 2 faizlə hesablanan məbləğ 40 manat olsa da, minimum həddə görə 60 manat sosial sığorta haqqı ödənilməlidir.

Gəlir yüksək olduqda isə maksimum hədd nəzərə alınır. Belə ki, aylıq gəliri 60 min manat olan fərdi sahibkar üçün 2 faizlə hesablanan sosial sığorta haqqı 1 200 manat etsə də, ödəniləcək məbləğ 400 manatla məhdudlaşır.

Beləliklə, 2026-cı ildən fərdi sahibkarların məcburi dövlət sosial sığorta ödənişləri dövriyyəyə uyğunlaşdırılıb, lakin minimum və maksimum məbləğlərlə məhdudlaşdırılıb./yenisabah/



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib

Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Akademik "Malıy" Dram Teatrı – Avropa Teatrı oktyabrın 29-da Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində Anton Pavloviç Çexovun "Qağayı" pyesi əsasında hazırlanan eyniadlı tamaşasını Azərbaycan Dövlət Akademik Musiqili Teatrında təqdim edib.

Bu şəxsləri 5 min manat cərimə gözləyir

Mobil telefon nömrəsini və ya telefon aparatını mütəmadi gəlir əldə etmək məqsədilə başqa şəxsə kirayəyə vermək 5 min manatadək cərimə ilə nəticələnə bilər.

Baş nazir mühüm qərar imzaladı

Nazirlər Kabineti (NK) "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları"nda dəyişiklik edib.

Bu şəxslərə 10 gün vaxt verildi - Nazirlik açıqlama yaydı

Borclular icra sənədlərində göstərilən tələbləri könüllü şəkildə yerinə yetirməlidirlər. Bu məqsədlə, məhkəmənin qərarında başqa müddət nəzərdə tutulmayıbsa, icraata başlanıldığı vaxtdan etibarən ən çoxu 10 gün müddət müəyyən edilir.