Azərbaycanın İnterpola verdiyi şəxs bu ölkədə tutuldu
Azərbaycan hüquq-mühafizə orqanlarının müraciəti əsasında beynəlxalq axtarışa verilmiş şəxs Rusiyanın Amur vilayətində saxlanılıb.
Cia.az lent.az-a istinadən bildirir ki, məlumata əsasən, həmin şəxs etibardan sui-istifadə yolu ilə özgə əmlakını mənimsəməkdə, yəni dələduzluqda şübhəli bilinib.
Onun həbs edilərək Azərbaycana ekstradisiya olunması məqsədilə beynəlxalq axtarışa verilməsi təşəbbüsü Azərbaycan tərəfinə məxsus olub.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxsin Svobodnı rayonunda olduğu müəyyən edilib. O, saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib.
Daha sonra Azərbaycanın İnterpol Milli Mərkəzi Bürosu ilə əməkdaşlıq çərçivəsində saxlanılan şəxs ekstradisiya qaydasında Azərbaycana gətirilərək aidiyyəti dövlət qurumlarına təhvil verilib.
Bununla əlaqədar həmin şəxs barəsində beynəlxalq axtarış dayandırılıb.
Məlum olduğu kimi, oktyabrın 23-ü Xətai rayonunda törədilən silahlı insident və digər ağır cinayətlərlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Bakının Xətai rayonunda restoranda baş verən insident nəticəsində qətl törətməkdə ittiham olunan şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb.