banner
banner

İqtİsadİyyat

Kartla ödənişdən imtina qanun pozuntusudur? - CƏRİMƏ AÇIQLANDI

Kartla ödənişdən imtina qanun pozuntusudur? - CƏRİMƏ AÇIQLANDI

Nağdsız ödənişlərin genişlənməsinə baxmayaraq, bəzi obyektlərdə vətəndaşların kartla ödəniş etmək istəyi qəbul edilmir və onlardan yalnız nağd pul tələb olunur. Halbuki qanunvericilik POS-terminal quraşdırılması məcburi olan obyektlər üçün müvafiq tələblər müəyyənləşdirir.

Bəs kartla ödənişdən imtina edən sahibkarları hansı cərimələr gözləyir?

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, POS-terminal quraşdırılması məcburi olan obyektlərdə bu avadanlığın quraşdırılmamasına və ya POS-terminal mövcud olduğu halda nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə vergi ödəyicilərinə maliyyə sanksiyası tətbiq olunur.

Ekspertin sözlərinə görə, cərimənin məbləği təqvim ili ərzində pozuntunun neçə dəfə təkrarlandığından asılıdır.

Belə ki, pozuntuya təqvim ili ərzində ilk dəfə yol verildikdə 1000 manat, ikinci dəfə təkrarlandıqda 3000 manat, üç və daha çox dəfə baş verdikdə isə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Beləliklə, sahibkarların POS-terminal vasitəsilə ödəniş qəbulundan əsassız imtina etməsi ciddi maliyyə itkilərinə səbəb ola bilər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycanda avro bahalaşdı - Rəsmi

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

Mərkəzi Bankda yeni təyinat - FOTO

Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) Ödəniş Sistemlərinin İdarə Edilməsi Bölməsinin rəhbəri vəzifəsinə təyinat olub.

Azərbaycan nefti BAHALAŞDI

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,01 ABŞ dolları və ya 0,8 % artaraq 127,6 ABŞ dolları təşkil edib.

Azərbaycan nefti BAHALAŞDI

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,02 ABŞ dolları və ya 0,02 % artaraq 119,7 ABŞ dolları təşkil edib.