banner
banner

Sosİal

Bu ərazilərdə işıq olmayacaq

Bu ərazilərdə işıq olmayacaq

Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 2-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində Transformator Məntəqəsində (TM) təmir işi aparılacaq.

"Azərişıq"dan Cia.az-a verilən məlumata görə, rayon ərazisində yerləşən Abuzər Xələfov, Mirəli Seyidov, Şəfayət Mehdiyev, Tələt Qasımov, Uluxanlı küçələri, Hüseyn Cavid və Mətbuat prospektləri, İkinci Alatava yaşayış massivinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Məlumata görə, görüləcək işlər həm də elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılmasına, eləcə də artan yük tələbatının qarşılanmasına hesablanıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ərazilərdə GÜCLÜ YAĞINTI VAR

Oktyabrın 30-u saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.

Azərbaycanda aliment artırılacaq

2027-ci il yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması nəzərdə tutulur.