banner
banner

Sosİal

“WhatsApp”da yenilik: profillər belə görünəcək - FOTO

“WhatsApp”da yenilik: profillər belə görünəcək - FOTO

“WhatsApp” istifadəçiləri şəxsi profillərinə üz qabığı fotosu əlavə edə biləcəklər.

Yeni funksiya əvvəlcə “Android”in beta versiyasında sınaqdan keçirilib, indi isə “iOS” istifadəçiləri üçün də əlçatan olmağa başlayıb.

İstifadəçilər profil səhifəsinin yuxarı hissəsində görünəcək üfüqi fotonu telefonlarının qalereyasından seçə, yeni şəkil çəkə və ya “Meta AI” vasitəsilə yarada biləcəklər.

Üz qabığı fotosu profil şəklinin üzərində yerləşəcək və digər istifadəçilər söhbət məlumatlarına daxil olduqda da görünəcək.

Yeni funksiya məxfilik parametrlərini də əhatə edir. İstifadəçilər fotonun kimlərə görünəcəyini seçə biləcəklər: hamı, yalnız kontaktlar, seçilmiş kontaktlar istisna olmaqla və ya heç kim.

Funksiya hazırda “TestFlight” vasitəsilə beta istifadəçilərinin bir qisminə təqdim olunur. “WhatsApp” yeniliyin bütün istifadəçilər üçün nə vaxt istifadəyə veriləcəyini hələ açıqlamayıb.\Metbuat.az

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ərazilərdə işıq olmayacaq

Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 2-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində Transformator Məntəqəsində (TM) təmir işi aparılacaq.

Bu ərazilərdə GÜCLÜ YAĞINTI VAR

Oktyabrın 30-u saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.

Azərbaycanda aliment artırılacaq

2027-ci il yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması nəzərdə tutulur.