Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 9,66 ABŞ dolları və ya 7,65 % azalaraq 116,50 ABŞ dolları təşkil edib.
Cia.az xəbər verir ki, hərracların nəticələrinə görə, "Brent" markalı neftin yanvar fyuçerslərinin qiyməti 108,49 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 8,43 BŞ dolları və ya 7,2 % azalaraq 108,05 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 35,3 %-dir.
Nağdsız ödənişlərin genişlənməsinə baxmayaraq, bəzi obyektlərdə vətəndaşların kartla ödəniş etmək istəyi qəbul edilmir və onlardan yalnız nağd pul tələb olunur. Halbuki qanunvericilik POS-terminal quraşdırılması məcburi olan obyektlər üçün müvafiq tələblər müəyyənləşdirir.
“Bu ilin doqquz ayında Azərbaycanda kartdan-karta (“card-to-card”) köçürmələrin həcmi 48 milyard manat təşkil edib. Ötən il isə bu əməliyyatların ümumi həcmi 66 milyard manat olub”.