“Noyabrın 2-də Gəncə şəhər 53 saylı körpələr evi-uşaq bağçasında bit aşkarlandığı iddia olunub. Bununla bağlı qeyd olunan təhsil müəssisəsində tibb işçilərinin iştirakı ilə monitorinq keçirilib”.
Cia.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, monitorinq çərçivəsində uşaqlar arasında pedikulyoz (baş biti və sirkə) hallarının mövcudluğu yoxlanılıb, aparılan baxış zamanı belə hala rast gəlinməyib:
“Bununla yanaşı, müəssisədə sanitar-gigiyenik norma və qaydalara riayət olunması vəziyyəti də qiymətləndirilib. Yoxlamanın nəticələrinə əsasən, müəssisədə sanitar-gigiyenik qaydalara əməl olunduğu müəyyən edilib. Bildiririk ki, uşaqların sağlamlığının qorunması və müəssisədə sanitariya-gigiyena normalarına riayət olunması istiqamətində müvafiq nəzarət tədbirləri davam etdirilir”.
Noyabrın 3-də Yasamal, Səbail, Binəqədi və Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidməti ərazilərində təmir və yenidənqurma işləri aparılacaq.
Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 2-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində Transformator Məntəqəsində (TM) təmir işi aparılacaq.