banner
banner

Təhsİl

Bu müəllimlərə maaşdan əlavə pul veriləcək

Bu müəllimlərə maaşdan əlavə pul veriləcək

2027-ci ildə kənd rayonlarındakı məktəblərə işə cəlb olunan gənc mütəxəssislərin həvəsləndirilməsi üçün 20,9 milyon manat ayrılması planlaşdırılır.

Cia.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan 2027-ci ilin dövlət büdcəsi layihəsinə dair materiallarda bildirilib.

Tədbirlər pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş 12,6 mindən çox gənc mütəxəssisi əhatə edir.

Vəsait onların yol və əmlakın daşınması xərclərinə, ilkin yaşayış şəraitinin yaradılmasına, kommunal xidmətlər və yaşayış yerinin kirayəsi üzrə kompensasiyalara, həmçinin aylıq əməkhaqqına əlavələrin ödənilməsinə yönəldiləcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Özəl məktəblərdə təhsil haqlarında kəskin artım oldu – FOTO

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər isə məktəbdən, tədris proqramından və sinif səviyyəsindən asılı olaraq dəyişir.

Şagirdin həyatını itirdiyi, jurnalistlərin döyüldüyü 225 nömrəli məktəbin direktoru kimdir?

Bu gün Bakının 225 nömrəli tam orta məktəbində 7-ci sinif şagirdinin ölümü ilə nəticələnən faciə baş verib. İlkin məlumatlara görə, şagird məktəbin dördüncü mərtəbəsinin pəncərəsindən yıxılıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır, faciənin hansı şəraitdə baş verdiyinə aydınlıq gətirilməsi gözlənilir.

Şagirdlərin elektron yerdəyişməsinə BAŞLANILIR

4 noyabr 2026-cı il saat 15:00-dan etibarən 2, 3, 4, 5, 6 və 7-ci sinif şagirdlərinin, 5 noyabr 2026-cı il saat 15:00-dan etibarən isə 8, 9, 10 və 11-ci sinif şagirdlərinin elektron yerdəyişməsi prosesi aktivləşdiriləcək.

Məktəblərdə vahid geyim qaydaları ilə bağlı BƏYANAT

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) məktəblərdə geyim qaydalarının tətbiqinə təhsilin keyfiyyəti, pedaqoji etika və sağlam təhsil mühitinin formalaşdırılması baxımından yanaşılmasının vacibliyini vurğulayır.

Azərbaycanda bu müəllimlərin dərs saatı azaldılır

Müəllimlərin sertifikatlaşdırma nəticələrinin onların dərs yükünün müəyyənləşdirilməsinə təsiri təhsil ictimaiyyətində müzakirə olunan məsələlərdəndir. Yüksək nəticə göstərən müəllimlərə daha çox dərs saatının verilməsi, aşağı bal toplayanların isə dərs yükünün azaldılması ilə bağlı vahid yanaşmanın olub-olmaması sual doğurur. Xüsusilə dərs saatlarının müəllimlərin aylıq əməkhaqqına birbaşa təsir etməsi məsələnin aktuallığını daha da artırır.