banner
banner

Sağlamlıq

Soyuq duş alın, görün nə baş verəcək

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Bu qənaətə İsveçrənin Bazel Universitetinin tədqiqatçıları gəliblər. Araşdırmanın nəticələri universitetin rəsmi saytında dərc olunub.

Eksperimentdə yaşı 18-65 arasında dəyişən 719 sağlam könüllü iştirak edib. Onların heç birində əvvəllər soyuq duş qəbul etmək vərdişi olmayıb. İştirakçılardan 12 həftə ərzində mümkün qədər soyuq su ilə duş qəbul etmək tələb olunub.

Nəticələr göstərib ki, bu vərdişə əməl edən şəxslər fiziki və psixoloji vəziyyətlərinin yaxşılaşdığını bildiriblər. Bundan başqa, onların xəstəliyə görə işə çıxmadıqları günlərin sayı orta hesabla 31 faiz azalıb. Könüllülər soyuq duşdan sonra özlərini daha gümrah və enerjili hiss etdiklərini də qeyd ediblər.

Araşdırma soyuq duşun ətraf mühit üçün də faydalı olduğunu üzə çıxarıb. Belə ki, 12 həftə ərzində iştirakçılar duş qəbulu ilə bağlı karbon qazı emissiyasını hər nəfər üçün təxminən 15 kiloqram azaldıblar. Buna isti su sərfiyyatının və onun qızdırılması üçün istifadə olunan enerjinin azalması hesabına nail olunub.

Tədqiqat müəllifləri vurğulayıblar ki, soyuq duş qəbul etməyə dərhal buz kimi su ilə başlamaq vacib deyil. Suyun temperaturunu tədricən azaltmaq və bunu insanın özünü necə hiss etməsinə uyğun etmək tövsiyə olunur.

Bununla yanaşı, alimlər qeyd ediblər ki, araşdırma soyuq duşun immuniteti birbaşa gücləndirdiyini və ya xəstəliklərin qarşısını aldığını sübut etmir. (Publika.az)



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.