Pensiya ilə bağlı VACİB XƏBƏR - Gələn il bu qədər ARTACAQ
Bu il Azərbaycanda orta pensiyanın 595 manat, gələn il isə bundan 45 manat çox - 640 manat olacağı gözlənilir.
Cia.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə birgə keçirilən iclasda - "Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Əvvəlki illərdə olduğu kimi cari və növbəti ildə də orta aylıq pensiyanın orta aylıq əmək haqqının 50 %-dən az olmaması qorunacaq. Bununla da, pensiyalar Beynəlxalq Əmək Təşkilatının sosial təminatın 40 %-lik minimum norması haqqında müvafiq konvensiyasına cavab verəcək", - deyə o qeyd edib.
Bundan başqa, deputat deyib ki, 2019-cu ildən başlayaraq əmək pensiyalarının minimum məbləği ölkə üzrə pensiyaçılar üçün yaşayış minimumunu üstələyib: "Bu meyar gələn ildə də qüvvədə olacaq".
Azərbaycanda avtomobil idarə edən sürücülərin böyük əksəriyyəti əsas yol hərəkəti qaydalarını — sürət həddini aşmamağı, qırmızı işıqda keçməməyi və təhlükəsizlik kəmərini bağlamağı yaxşı bilir. Lakin elə situasiyalar var ki, sürücülər adət etdikləri vərdişlərin və ya kiçik ehtiyatsızlıqların cərimə ilə nəticələndiyindən xəbərsiz olurlar. Yol hərəkəti haqqında qanunvericilikdə nəzərdə tutulmuş bu xırda detal kimi görünən qaydalar, əslində həm büdcənizə, həm də sürücülük balınıza ciddi təsir göstərə bilər.
Fövqəladə Hallar Nazirliyi (FHN) yaxın günlərdə gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar vətəndaşları sel və daşqın təhlükəsinə qarşı ehtiyatlı olmağa çağırıb.
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, məhkum olunmuş şəxslərin cəza çəkməkdən azad edilməsi və ya cəzasının yüngülləşdirilməsi iki əsas hüquqi institut – əfv və amnistiya vasitəsilə həyata keçirilir.
Hazırda respublika ərazisində müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar Abşeron yarımadası da daxil olmaqla bir sıra bölgələrdə görünüş məsafəsi məhdudlaşıb.
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Elektron ticarət haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsi I oxunuşda qəbul edilib.