Alman ordusunda Ukrayna sensasiyası: generalla bağlı gözlənilməz qərar!
Almaniya Silahlı Qüvvələrinin (Bundesver) rəhbərliyində mühüm kadr dəyişikliyi baş tutur.
Cia.az xəbər verir ki, Almaniyanın müdafiə naziri Boris Pistorius general-leytenant Kristian Froydinqin ölkənin ali hərbi vəzifəsinə-Bundesverin baş müfəttişi postuna gətiriləcəyini açıqlayıb.
O, gələn ilin fevral ayından etibarən bu vəzifənin icrasına başlayacaq. Froydinq bundan əvvəl Almaniya Müdafiə Nazirliyində Kiyev üçün silah-sursatın satınalınması və maliyyələşdirilməsi üzrə xüsusi qrupa rəhbərlik edib, daha sonra isə Almaniya Quru Qoşunlarının komandanı vəzifəsini icra edib.
Son məlumatlara görə, Almaniya Müdafiə Nazirliyi NATO öhdəlikləri və 2030-cu il təhlükəsizlik strategiyası çərçivəsində ordu strukturunda köklü islahatlara başlayıb. Yeni komandan ordunun şəxsi heyətinin sayını 190 min nəfərdən 260 minə, ehtiyat qüvvələrin sayını isə 60 mindən 200 min nəfərə çatdırmağı planlaşdırır.
Bundan əlavə, Froydinq Ukraynadakı müharibə təcrübəsindən aktiv istifadə olunmasını müdafiə edir. O bildirir ki, ordudakı hər bir hərbçi pilotsuz uçuş aparatlarını (PUA) idarə etməyi və ya onlara qarşı mübarizə aparmağı bacarmalıdır.
Məhz bu məqsədlə Almaniya ordusunda 2027-ci ildə müstəqil dron polkunun yaradılması təşəbbüsü də irəli sürülüb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.
Birləşmiş Ştatlar İran hakimiyyətinin Vaşinqtonun irəli sürdüyü şərtlərlə razılaşmayacağı təqdirdə, Tehrana qarşı növbəti hərbi əməliyyat həyata keçirə bilər.
Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Dmitro Lubinets Rusiyanın işğalı altında olan Xerson vilayətinin Oleşki şəhərində humanitar missiyanın həyata keçiriləcəyini təsdiqləyib.
Türkiyənin şimal-qərb hissəsində, o cümlədən İstanbul, Mərmərə dənizi regionu və Qara dənizin qərb sahillərində şənbə günü üçün narıncı meteoroloji təhlükə kodu elan olunub.
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Aİ liderlərinə ümumavropa strateji qaz ehtiyatı yaratmaq ideyasını nəzərdən keçirməyi təklif edib.