banner
banner

Krİmİnal

Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü

Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü

Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib.

Cia.az  “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb.

1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi “Mitsubishi Outlander” markalı avtomobillə parkinqdən çıxarkən Sadıqova Esmira Həsənağa qızını vurub.

71 yaşlı qadın aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı Yasamal RPİ-də cinayət işi başlanaraq istintaq aparılır.

Qeyd edək ki, H.Seyidbəyov əvvəllər yüksək vəzifələrdə çalışıb. O, Penitensiar Xidmətin Rabitə və texniki təminat şöbəsinin rəisi vəzifəsini tutub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Aptekdən 35 min manat oğurlandı

Sumqayıt şəhərində polisin keçirdiyi tədbirlərlə apteklərdən birindən 35 min manat oğurlayan əvvəllər məhkum olunmuş H.Nurəliyev müəyyən olunaraq saxlanılıb.

SON DƏQİQƏ! Rüfət Alıyev HƏBS OLUNDU

Gəncə şəhərində sahibkardan vergi yoxlaması zamanı daha az maliyyə sanksiyası tətbiq etmək müqabilində rüşvət alan dövlət vergi müfəttişi həbs edilib.