banner
banner

Gündəm

Qərar İMZALANDI: 5 günə LƏĞV OLUNACAQ

Qərar İMZALANDI: 5 günə LƏĞV OLUNACAQ

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının (MR) Daimi Nümayəndəliyi ləğv edilib. Cia.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev Qərar imzalayıb.

Qərara əsasən, Naxçıvan İqtisadiyyat Nazirliyi bu sənədə əsasən, Bakı şəhərində Naxçıvan MR Daimi Nümayəndəliyinin (bundan sonra - Daimi Nümayəndəlik) ləğv edilməsi ilə əlaqədar mülki qanunvericilikdə nəzərdə tutulmuş məsələlərin həlli məqsədilə beş iş günü müddətində Nazirliyin, Naxçıvan MR Maliyyə Nazirliyinin, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Naxçıvan MR Dövlət Arxiv İdarəsinin və Daimi Nümayəndəliyin nümayəndələrindən ibarət tərkibdə ləğvetmə komissiyası yaratmalıdır.

Qərar noyabrın 5-də imzalanıb və imzalandığı gündən qüvvəyə minib.

Qeyd edək ki, Bakı şəhərində Naxçıvan MR-in Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov sentyabr ayında vəzifəsindən azad edilmişdi.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Əli Əsədov qərar İMZALADI

Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının tabeliyində "Daşkəsən Rayon Mənzil-kommunal Təsərrüfatı Müəssisəsi" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.

Bunu edən sürücülər cərimələnəcək - 100 manat və 2 bal

Azərbaycanda avtomobil idarə edən sürücülərin böyük əksəriyyəti əsas yol hərəkəti qaydalarını — sürət həddini aşmamağı, qırmızı işıqda keçməməyi və təhlükəsizlik kəmərini bağlamağı yaxşı bilir. Lakin elə situasiyalar var ki, sürücülər adət etdikləri vərdişlərin və ya kiçik ehtiyatsızlıqların cərimə ilə nəticələndiyindən xəbərsiz olurlar. Yol hərəkəti haqqında qanunvericilikdə nəzərdə tutulmuş bu xırda detal kimi görünən qaydalar, əslində həm büdcənizə, həm də sürücülük balınıza ciddi təsir göstərə bilər.

Nazirlikdən əhaliyə TƏCİLİ XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) yaxın günlərdə gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar vətəndaşları sel və daşqın təhlükəsinə qarşı ehtiyatlı olmağa çağırıb.