Xərçəng xəstəliyi ilə bağlı yeni kəşf- Kimyaterapiyaya son verilə bilər
Qlobal tibb ictimaiyyətində böyük əks-səda doğuran və ən çox oxunan yeni araşdırmalardan biri xərçəngin müalicəsi ilə bağlıdır.
Cia.az xəbər verir ki, beynəlxalq onkoloq-alimlər qrupu bədxassəli şiş hüceyrələrinin öz DNT-sini yenidən yazaraq müalicədən "qaçmaq" mexanizmini tam təfərrüatı ilə aşkar ediblər. Tədqiqatlar göstərir ki, xərçəng hüceyrələri kimyaterapiya və immunoterapiya zamanı genetik strukturunu dəyişərək müqavimət qazanır və təkrar yaranma riskini artırır.
Alimlər bu genetik zənciri kəsən və xərçəng hüceyrələrinin müdafiə qabığını zəiflədən yeni molekulyar tərkib hazırlamağa müvəffəq olublar.
Yeni üsul sayəsində ən aqressiv şiş növlərinin belə mövcud dərmanlara qarşı həssaslığı 3 dəfə artır ki, bu da onkologiyada müalicə effektivliyini köklü şəkildə dəyişdirə bilər.
Azərbaycanda dərman vasitələrinin Tarif (Qiymət) Şurasının müəyyən etdiyi yuxarı həddən aşağı qiymətə satılması zamanı vergitutma məqsədləri üçün bazar qiymətinin tətbiqi qaydalarının dəyişdirilməsi təklif olunur.
Milli Məclis (MM) Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşlara və ehtiyatda olan zabitlərə münasibətdə penitensiar xidmət üçün nəzərdə tutulmuş xüsusi rütbələrin verilməsi qaydalarının tibb xidmətinə də şamil edilməsi təklifini son oxunuşda qəbul edib.
Naxçıvan Muxtar Respublikasında səhiyyə müəssisələrində çalışan tibb işçilərinin aylıq vəzifə maaşlarına ixtisas dərəcələrindən və peşəkarlıq səviyyələrindən asılı olaraq 10, 15 və ya 25 faiz əlavə haqq ödənilə bilər.
Tacikistan Respublikasının paytaxtı Düşənbədə şəhərində polis əməkdaşları digər şəxsləri qəsdən İİV-ə yoluxdurmaqda şübhəli bilinən 10 nəfəri saxlayıb.
Mərkəzdə yalnız tibbi müdaxilə deyil, eyni zamanda elmi əsaslı psixoterapiya metodları geniş tətbiq edilir. Buraya Koqnitiv-davranış terapiya (CBT) – asılılıq davranışının dəyişdirilməsi, Motivasional müsahibə (Motivational Interviewing) – daxili motivasiyanın gücləndirilməsi,qrup terapiyaları və ailə terapiyası aiddir.