banner
banner

Krİmİnal

Tanınmış azərbaycanlı biznesmenə hökm oxundu

Tanınmış azərbaycanlı biznesmenə hökm oxundu

Rusiyanın paytaxtı Moskvada bir neçə iri ticarət mərkəzinin keçmiş ortaq sahiblərindən olan, əslən azərbaycanlı iş adamı Solomon Manaşirov qiyabi olaraq 12 il müddətinə azadlıqdan məhrum edilib.

Cia.az-ın Rusiya mediasına istinadən məlumatına görə, noyabrın 6-da Moskvanın Tverskoy Rayon Məhkəməsi biznesmeni hədə-qorxu ilə tələb etmə, vergidən yayınma və cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasında təqsirli bilib.

Hazırda xaricdə gizlənən və beynəlxalq axtarışda olan iş adamı ciddi rejimli cəzaçəkmə müəssisəsində 12 il həbs cəzasına məhkum edilib.

Məhkəmə onun istintaq zamanı üzərinə həbs qoyulmuş 141 milyon rubl dəyərində əmlakının müsadirəsinə qərar verib. Bundan əlavə, zərərçəkmiş tərəfin 530 milyon rublluq mülki iddiası təmin olunub.

55 yaşlı Solomon Manaşirov Azərbaycanın Qırmızı Qəsəbə yaşayış məntəqəsində anadan olub. O, Moskvadakı “Columbus”, “Prajskı Passaj”, “Armada” və digər iri ticarət obyektlərinin ortaq sahiblərindən biri olub.

Manaşirov barəsində cinayət təqibinə 2016-cı ilin martında başlanılıb. Həmin vaxt o, “Karenfor” şirkətinin vergidən yayınmasında ittiham edilib.

Qeyd edək ki, onun böyük qardaşı və biznes tərəfdaşı Gennadi Manaşirov 2018-ci ildə hədə-qorxu ilə tələb etmə və hüquq-mühafizə orqanlarının əməkdaşlarına rüşvət verilməsində vasitəçilik ittihamları ilə 15 il həbs cəzasına məhkum olunub.

Hazırda Gennadi Manaşirov qətl ittihamı üzrə də mühakimə olunur.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Aptekdən 35 min manat oğurlandı

Sumqayıt şəhərində polisin keçirdiyi tədbirlərlə apteklərdən birindən 35 min manat oğurlayan əvvəllər məhkum olunmuş H.Nurəliyev müəyyən olunaraq saxlanılıb.

SON DƏQİQƏ! Rüfət Alıyev HƏBS OLUNDU

Gəncə şəhərində sahibkardan vergi yoxlaması zamanı daha az maliyyə sanksiyası tətbiq etmək müqabilində rüşvət alan dövlət vergi müfəttişi həbs edilib.