banner
banner

Səhİyyə

Bakıda məşhur xəstəxana BAĞLANIR

Bakıda məşhur xəstəxana BAĞLANIR

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu təmirə bağlanır.

Cia.az Baku.ws-ə istinadən xəbər verir ki, institutun fəaliyyətinin müvəqqəti olaraq başqa ünvanda davam etdirilməsi ilə bağlı qərar qəbul olunub.

Bu məqsədlə Səhiyyə Nazirliyinin balansında olan Mərdəkan və ya Saray qəsəbəsindəki binalardan birinin seçilməsi nəzərdə tutulur.

Müəssisədə olan xəstələr artıq başqa ünvana köçürülüblər. Qısa müddətdən sonra binada təmir işlərinə start veriləcək.

Qeyd edək ki, Saray qəsəbəsində modul tipli vərəm dispanseri fəaliyyət göstərir. Mərdəkan qəsəbəsində isə 9 saylı Ağciyər və Vərəm Dispanseri yerləşir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bəzi həkimlərə xüsusi rütbələr veriləcək

Milli Məclis (MM) Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşlara və ehtiyatda olan zabitlərə münasibətdə penitensiar xidmət üçün nəzərdə tutulmuş xüsusi rütbələrin verilməsi qaydalarının tibb xidmətinə də şamil edilməsi təklifini son oxunuşda qəbul edib.

“Narkotik asılılığı qarşısı alına və müalicə oluna bilən xəstəlikdir”

Mərkəzdə yalnız tibbi müdaxilə deyil, eyni zamanda elmi əsaslı psixoterapiya metodları geniş tətbiq edilir. Buraya Koqnitiv-davranış terapiya (CBT) – asılılıq davranışının dəyişdirilməsi, Motivasional müsahibə (Motivational Interviewing) – daxili motivasiyanın gücləndirilməsi,qrup terapiyaları və ailə terapiyası aiddir.