banner
banner

Sİyasət

Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib

Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gəlib.


Cia.az xəbər verir ki, Antalya Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Kürşad Zorlu, Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyasının sədri Fuat Oktay, Türkiyə Böyük Millət Məclisinin üzvü Mövlud Çavuşoğlu, Antalya şəhərinin valisi Hulusi Şahin və digər rəsmi şəxslər qarşıladılar.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

SON DƏQİQƏ! Paşinyan Rusiyanı yox, Türkiyəni SEÇDİ

Ermənistanın Baş naziri Nikol Paşinyanın noyabrın 11-də Moskvada keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində iştirak etməkdən imtina edərək Türkiyəyə səfər edəcəyi açıqlanıb.