banner
banner

İqtİsadİyyat

Banklar kredit verərkən bu üsuldan istifadə edə bilməyəcək

Banklar kredit verərkən bu üsuldan istifadə edə bilməyəcək

Borcalanın gəlirlərini rəsmi sənədlər və ya dövlət informasiya sistemləri vasitəsilə müəyyən etmək mümkündürsə, banklar kredit verərkən davranış modeli əsasında proqnozlaşdırılan gəliri nəzərə ala bilməyəcəklər.

Cia.az trend-ə istinadən xəbər verir ki, bununla bağlı Mərkəzi Bankın sədri Taleh Kazımovun sentyabrın 15-də imzaladığı müvafiq qərar noyabrın 10-da qüvvəyə minib.

Yeni qərara əsasən, borcalanın gəlirləri müvafiq sənədlərlə (əməkhaqqı barədə iş yerindən arayış, təqaüd barədə təhsil müəssisəsindən arayış, sosial müdafiə sahəsində idarəetməni həyata keçirən qurum tərəfindən borcalana pensiya və müavinətlərin ödənilməsi haqqında arayış, borcalanın mövcud depozit hesabları üzrə faiz gəlirlərini təsdiq edən bank arayışı və ya gəlirlərini təsdiq edən digər sənədlər) və ya dövlət informasiya ehtiyat və sistemlərindən əldə olunan məlumatlar əsasında müəyyən edilə bildiyi hallarda həmin borcalan üzrə davranış modeli əsasında proqnozlaşdırılmış gəlirin istifadəsinə yol verilməyəcək.

Bu tələb noyabrın 10-dan sonra yaranmış kredit tələblərinə şamil ediləcək.

Yəni, borcalanın gəlirlərini rəsmi sənədlər və ya dövlət informasiya sistemlərindəki məlumatlar vasitəsilə müəyyən etmək mümkündürsə, bank həmin şəxsə kredit verərkən davranış modeli əsasında proqnozlaşdırılan gəlirdən istifadə edə bilməz.

Başqa sözlə, borcalanın gəliri əməkhaqqı arayışı, pensiya və müavinət məlumatları, təqaüd arayışı, bank depozitləri üzrə faiz gəlirləri və ya digər təsdiqedici sənədlərlə müəyyən edilə bilirsə, bank kredit qərarı zamanı bu məlumatları əsas götürməlidir. Gəlirləri dövlət informasiya ehtiyatları və sistemlərindən əldə olunan məlumatlarla müəyyən etmək mümkün olduqda da eyni qayda tətbiq ediləcək.

Beləliklə, banklar borcalanın gəlirlərini rəsmi mənbələrdən müəyyən edə bildikləri hallarda davranış modelinin hesabladığı ehtimal olunan gəliri əsas götürə bilməyəcəklər. Bu yanaşma kredit qərarlarının borcalanın faktiki gəlirləri barədə təsdiqlənmiş məlumatlara əsaslanmasını nəzərdə tutur.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

İkinci əl avtomobil almaq istəyənlərə SEVİNDİRİCİ XƏBƏR

Rəsmi dilerlər tərəfindən satılan bəzi ikinci əl avtomobillərin qiymətləri ucuzlaşa bilər. Buna səbəb həmin avtomobillərin satışına tətbiq edilən əlavə dəyər vergisinin (ƏDV) hesablanması qaydasının dəyişdirilməsinin təklif olunmasıdır.

Kartla ödənişdən imtina qanun pozuntusudur? - CƏRİMƏ AÇIQLANDI

Nağdsız ödənişlərin genişlənməsinə baxmayaraq, bəzi obyektlərdə vətəndaşların kartla ödəniş etmək istəyi qəbul edilmir və onlardan yalnız nağd pul tələb olunur. Halbuki qanunvericilik POS-terminal quraşdırılması məcburi olan obyektlər üçün müvafiq tələblər müəyyənləşdirir.

Azərbaycanda avro bahalaşdı - Rəsmi

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

Mərkəzi Bankda yeni təyinat - FOTO

Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) Ödəniş Sistemlərinin İdarə Edilməsi Bölməsinin rəhbəri vəzifəsinə təyinat olub.