"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Musavat.com NOCOMMENT.az-a istinadən xəbər verir ki, güc, sədaqət və xəyanətin mərkəzdə dayandığı filmin əsas rollarını Özcan Varaylı ilə yanaşı, Atilla Olgaç, Ümit Acar, Erdem Kaynarca, Melih Çardak, Levent Çakır, Sena Gençtürk və Erhan Çircioğlu kimi tanınmış aktyorlar bölüşürlər. Müxtəlif nəsillərin istedadlı simalarını bir araya gətirən güclü aktyor heyəti layihənin köhnə serialın atmosferini yenidən canlandıracağına işarə edir.
Yeni ekran əsərinin ən diqqətçəkən məqamlarından biri də yüksək səviyyəli texniki təminat və döyüş səhnələridir. Bildirilir ki, filmdəki gərgin toqquşma və aksiyon sekanslarının unikal şəkildə lentə alınması üçün ABŞ-dən xüsusi peşəkar heyət dəvət olunub. Yüksək templi səhnələr və xüsusi effektlərlə zənginləşdirilən film sinemaseverlərə unudulmaz təəssürat bəxş etməyi hədəfləyir.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.