banner
banner

Dünya

Qazaxıstanlı hakerlər Tacikistanın hökumət sənədlərini oğurlayıblar

Qazaxıstanlı hakerlər Tacikistanın hökumət sənədlərini oğurlayıblar

Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.

Cia az xarici mediaya istinadla xəbər verir ki, hakerlərin “Hermes” platformasından müstəqil şəkildə hərəkətlər planlaşdıra, lazımi proqramları işə sala, məlumat toplaya və hesabatlar hazırlaya bilən muxtar süni intellekt agentləri yaratmaq üçün istifadə etdikləri bildirilir.

CloudSEK-in məlumatına görə, “Hermes” 2026-cı ilin avqust ayı ətrafında kəşfiyyat əməliyyatları üçün istifadə olunub. Bir neçə həftə əvvəl hakerlər Tacikistanın dövlət elektron sənəd dövriyyəsi sisteminə daxil olublar. Süni intellekt agenti sənədləri yükləmək, sistemləşdirmək və kiçik hissələrə bölmək üçün xüsusi bir proqram yaradıb ki, bu da oğurlanmış məlumatların ötürülməsini asanlaşdırıb. Nəticədə, cinayətkarlar müdafiə və milli təhlükəsizliklə bağlı sənədlər də daxil olmaqla 2000-dən çox sənəd əldə ediblər.

Həmçinin, araşdırma zamanı Tacikistan dəmir yollarının kompüter infrastrukturuna nüfuz etmə əlamətləri aşkar edilib. Bundan əlavə, serverdə Türkmənistan təşkilatlarına qarşı fişinq hücumları üçün hazırlanmış materiallar tapılıb. Lakin tədqiqatçılar onların uğurlu ötürülməsinə dair dəlil təqdim etməyiblər.

Mütəxəssislər hesab edirlər ki, cinayətkarlar keçmiş sovet ölkələrində dövlət qurumlarına qarşı kibercasusluq əməliyyatlarında müşahidə olunan “Silent Lynx” qrupuna aiddir. Onun Qazaxıstanla əlaqəsi dolayı əlamətlərə əsaslanır: hakerlər rus dilindən istifadə ediblər, onların fəaliyyəti Qazaxıstanda iş saatları ilə üst-üstə düşüb və serverə qoşulmaq üçün həmin ölkədən internet bağlantısından istifadə edilib. Lakin tədqiqatçılar qrupu kimin yaratdığını müəyyən etməyiblər və Qazaxıstan dövlət strukturlarının hücumlarda iştirak etdiyini sübut etməyiblər.

“Röyters” şərh almaq üçün Qazaxıstan və Tacikistanın hakimiyyət orqanları ilə əlaqə saxlayıb, lakin cavab ala bilməyiblər.

Musavat.com



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.

TƏCİLİ! Rusiya ilə Ukrayna RAZILIĞA GƏLDİ

Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Dmitro Lubinets Rusiyanın işğalı altında olan Xerson vilayətinin Oleşki şəhərində humanitar missiyanın həyata keçiriləcəyini təsdiqləyib.