ABŞ-da daha bir qurumda kütləvi problem: Nə baş verir?
ABŞ-da kütləvi internet və rabitə problemləri yaranıb və bu, Milli Hava Xidmətinin (NWS) işinə təsir göstərib.
Cia.az ABŞ mətbuatına istinadən xəbər verir ki, dünən axşam qurum texniki nasazlıq səbəbindən veb saytlarında hava proqnozları və xəbərdarlıqların dayandırıldığını, mövcud olanların isə köhnə olduğunu elan edib. Milli Hava Xidməti bunun ölkə miqyasında internet və rabitə kəsintiləri bağlı olduğunu vurğulayıb. Xidmətin xəbərdarlığında bildirilib ki, istifadəçilər agentliyin veb saytlarındakı məlumatlara, o cümlədən hava proqnozlarına, hava xəbərdarlıqlarına və digər materiallara daxil olmaqda çətinlik çəkə bilərlər. Bəzi məlumatlar gecikmiş və ya köhnəlmiş ola bilər.
NWS bildirib ki, texniklər artıq problemi həll edərək sistemin normal işini mümkün qədər tez bərpa etməyə çalışırlar.
Maraqlıdır ki, bir neçə saat sonra Milli Hava Xidməti internet və rabitə kəsintiləri ilə bağlı məlumatları silib. Ardınca CNN-ə verdiyi açıqlamada xidmət nümayəndəsi heç bir fasilə olmadığını bildirib. Buna baxmayaraq, mətbuatda hadisənin Microsoft sistemində yaranan problemdən qaynaqlandığına dair ehtimallar yayılıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.
Birləşmiş Ştatlar İran hakimiyyətinin Vaşinqtonun irəli sürdüyü şərtlərlə razılaşmayacağı təqdirdə, Tehrana qarşı növbəti hərbi əməliyyat həyata keçirə bilər.