Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı baş tutub.
Cia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin cari gündəliyi, ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətlər üzrə inkişaf perspektivləri, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Fransanın Avropa və Xarici İşlər Nazirliyinin (XİN) və xarici ticarət və iqtisadi cəlbedicilik məsələləri üzrə səlahiyyətli nazirin Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı son iddiaları tamamilə qəbuledilməzdir.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatıAzərbaycanın Qarabağda əldə etdiyi tarixi Zəfər təkcə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası baxımından deyil, həm də beynəlxalq münasibətlər sistemində yeni reallıqların formalaşması, dünya ictimaiyyətinin doğru məlumatlandırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev Milli Məclisin oktyabrın 27-də qəbul etdiyi kommersiya daşımalarını həyata keçirən təyyarələrin ekipajının iş və istirahət vaxtının yenidən tənzimlənməsini təsdiqləyib.
Prezident İlham Əliyev Milli Məclisin oktyabrın 30-da qəbul etdiyi Azərbaycan Mərkəzi Bankının (AMB) maliyyə institutlarına nəzarət səlahiyyətlərinin genişləndirilməsini təsdiqləyib.
Türkiyədə dövlət müəssisələrində müqavilə əsasında çalışan yüz minlərlə əməkdaşın maaş ödənişləri, xəstəlik məzuniyyəti, intizam məsuliyyəti və işə qəbul qaydaları ilə bağlı mühüm dəyişikliklər qüvvəyə minib.
Bu gün yeddi ölkənin ərazisindən keçən və Bolqarıstandakı interkonnektorlar vasitəsilə Avropa İttifaqının on ölkəsini təchiz edən, Bakıdan İtaliyaya qədər uzanan boru kəməri tamamilə doludur.