Almaniya və Fransa 2030-cu il üçün Rusiyanın T-14 “Armata” tankına cavab olacaq yeni zirehli döyüş maşını hazırlayırlar. Bu barədə Almaniyanın "Die Welt" nəşri yazır. Hərbi maşın “Leopard 2”nin yerinə keçəcək. Alman ordusunda hazırda 240 belə tank olmasına baxmayaraq 2030-cu ilə onların yaşı 50 olacaq. "Spiegel" nəşri Almaniya Federativ Respublikasının medafiə naziri Markus Qrubeldən sitat gətirir ki, yaxın 3 il ərzində Fransa və alman tərəfi yeni “Leopard-3” tankının texnika və konsepsiyasını irəli sürəcək.
Lakin bu xəbəri heç də bütün alman siyasətçilər sevinclə qarşılamayıblar. Müxalifətçilər hakimiyyətin bu addımını tənqid edərək bildirilər ki, Almaniyanın can atdığı silah yarışması “beynəlxalq rəqabətdən daha çox soyuq müharibə təfəkkürünü” yada salır.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.