Azərbaycanda təkcə bir ayda 124 saxta şirkət yaradılıb: ŞOK
Vergilər Nazirliyi fevralda kommersiya hüquqi şəxslərin dövlət reyestrində qeydiyyatdan keçən şirkətlər barədə məlumatı açıqlayıb.
"Turan" İA-nın analizi göstərir ki, yeni şirkətlərin 25%-i saxtadır və dövlət büdcəsi vəsaitlərini mənimsəmək və gömrük əməliyyatlarında iştirak üçün yaradılıb.
Fevralda kommersiya hüquqi şəxslərin dövlət reyestrinə 494 təşkilat daxil edilib. Agentlik öz təcrübəsindən istifadə edərək müəyyən edib ki, şirkətlərin 124-ü çirkli əməliyyatlar üçün yaradılıb. Maraqlıdır ki, bu şirkətlər elektron xidmət vasitəsilə "çap edilir": naməlum təsisçilər qeydiyyat üçün müasir İKT-dən istifadə edir.
Bir qayda olaraq, bu şirkətlərin 2-10 manat ilkin kapitalı, sənəd qovluğu və möhürü olur. Bir müddət sonra onlar dövlət satınalmalarına cəlb edilir, yüzlərlə tender və kotirovkanın qalibi olur. Özəl şirkətlərin və fiziki şəxslərin ayrı-ayrı mal idxalı da belə şirkətlərin adına sənədləşdirilir ki, ƏDV mənimsənilsin.
Analiz göstərir ki, saxta şirkətlərin qanuni təmsilçiləri bir qrup adamdır. Bu şirkətlərin hüquqi ünvanı Bakı və rayonlarda müəyyən yerlərlə məhdudlaşır.
Agentlik onu da vurğulayır ki, saxta şirkətlərin yaradılması davam edir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.