banner
banner

Sosİal

“Ələt suyun altında qalacaq” – ŞOK

“Ələt suyun altında qalacaq”

“Xəzər dənizinin səviyyəsinin qalxması Ələti və dəniz səviyyəsindən alçaq olan əraziləri subasmaya məruz qoyacaq. Bunun qarşısını almaq üçün öncədən dəniz müdafiə sistemi quraşdırılmalıdır”.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən AzNews.az-a verilən məlumata görə, Böyük Bakının İnkişaf Planında tikililərin su altında qalmaması üçün yağış və drenaj sistemlərinin yaradılması nəzərdə tutulub.

Həmçinin, Sumqayıt poliqonunun bağlanması və tullantıxananın təmizlənməsi, Zabrat-Balaxanı və Zabrat-Binəqədi yolları ətrafı ərazidə çeşidləmə zavodu və poliqon ilə birgə fəaliyyət göstərməsi, Lökbatanda yeni tullantı ötürmə stansiyasının tiklilməsi gözlənilir.

“Baş Plana uyğun olaraq Bibiheybətdə çirkab suların təmizlənməsi üzrə yeni məntəqənin inşası və Müşviqabadın cənubunda tullantı poliqonu yaradılacaq. Abşeron yarımadasının şimal-qərb və şərq sahillərində dənizin dayaz hissələrində külək enerjisi turbinləri yerləşdiriləcək. Ələtdə salınacaq limana gələn gəmilərdə formalaşan bərk, maye tullantıları və çirkab sularının dənizə atılmasının qarşısının alınması üçün müvafiq qurğular tikiləcək”, - deyə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildiriblər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.