Türkiyənin tanınmış prodüseri, keçmiş müğənni Erol Köse Türk dili müəlliməsi və kosmetik şirkət sahibi Fulden Çetindoğanla nişanlanıb. Ailələri ilə kiçik mərasim təşkil edən cütlük xoşbəxt olduqlarını deyib. E.Köse nişanlısının ilk evliliyindən olan qızı ilə də yaxşı yola getdiyini bildirib:
“Bu, ikinci və sonuncu nikahım olacaq. Bir daha səhvə yol verməyəcəm. Qızım Dijan da gələcək həyat yoldaşımla yaxşı yola gedir. Bunun özü ayrı xoşbəxtlikdir. İyunun axırında evlənəcəyik. Xoşbəxt ailəmin və yeni uşaqlarımın olmasını istəyirəm”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.