İki ardıcıl dağıdıcı zəlzələdən sonra Nepalın şimal şərq bölgəsi indi də daşqın təhlükəsi ilə üzləşib. Baş vermiş torpaq sürüşməsi Kaliqandaki çayının məcrasını bağladığından sel riski zonasında olan kənd və qəsəbələrdən minlərlə insan evakuasiya olunub.
Dövlət administrasiyasının rəhbəri Yam Bahadur Çoxal mətbuata verdiyi açıqlamada torpaq sürüşməsinin 2 kilometr uzunluqlu gölün əmələ gəlməsinə səbəb olduğunu bildirib.
Böyük dağıntıların baş verdiyi Katmandudan 200 kilometr şimal qərbdə yerləşən Bəni Bazar əyalətində daşqınlar gözlənildiyindən əhali daha yüksək ərazilərə köçürülüb.
Seysmoloji proseslərin fəallaşması nəticəsində Nepalda aprelin 25- və mayın 12-də dağıdıcı yer atlı təkanlar baş verib.
Zəlzələ nəticəsində ümumilikdə 8700 nəfərə yaxın insan həlak olub, 17 minə yaxın insan yaralanıb. Yeraltı təkanlar ölkədə sonradan torpaq sürüşmələrinə yol açıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.