Rusiyanın Vladiqafqaz şəhərində Azərbaycan futbol tarixinin ən istedadlı futbolçularından biri, hazırda 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Nazim Süleymanovun 50 illik yubileyi qeyd olunub. Yubilyarın şərəfinə yoldaşlıq oyunu keçirilib.
Vladiqafqaz "Alaniya"sı ilə “Neftçi” veteranlardan ibarət komanda arasında baş tutan görüş 7:7 hesablı bərabərliklə başa çatıb.
N.Süleymanov bu görüşdə 4 qola imza atıb. “Neftçi”nin heyətində "Alaniya"ya üç qol vuran yubilyar bir dəfə də sabiq komandasının qapısına yol tapıb. “Neftçi”nin digər qollarına gəlincə, Musa Qurbanov het-trikə imza atıb, Oqtay Abdullayev isə bir dəfə fərqlənib.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.