İradə İbrahimovanın hamilə olduğu barədə xəbər yayılıb. Müğənninin mətbuat katibi Axsam.az-a açıqlamasında xəbəri təsdiqləyib. O, sənətçinin hazırda Bakıda olduğunu, hündürmərtəbəli binada baş verən məlum yanğın hadisəsindən sonra bu barədə danışmaq həvəsində olmadığını deyib:
“Azyaşlı uşaqlar faciəvi şəkildə haqq dünyasına qovuşdu. İradə xanım övlad itirən anaların dərdini anlayıb bu barədə danışmaq istəmədi. Yəqin ki bundan sonra da bu mövzunu geniş müzakirə etməyəcək. Bakıya gəlməyinin səbəbi klip təqdimatı idi. Təqdimatı təxirə saldıq. Amma rəhmətə gedənlərin 7-si çıxsın, daha sonrakı günlərdə klip yayım üçün telekanallara təqdim ediləcək”.
Mətbuat katibi qeyd edib ki, ikinci dəfə ana olmağa hazırlaşan İ.İbrahimova yaradıcılığında fasilələr yaratmayacaq. Türkiyənin şirkətləri ilə çalışan ifaçı yaxın həftələrə daha bir sıra yeniliklər vəd edir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.