Milli Şurasının Bakı şəhər İcra Hakimiyyətinə mitinqlə bağlı etdiyi müraciət cavablandırılıb. İcra Hakimiyyətindən verilən məlumata görə, müraciətə müsbət cavab verilib.
Müraciətdə bildirilib ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun müddəalarına əməl olunmaqla, 30 may 2015-ci il tarixdə, saat 15:00-dan 17:00-dək Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən Yasamal rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (keçmiş ”Məhsul” stadionu) mitinqin keçirilməsinə razılıq verilib.
Müraciətə verilən cavabda mitinq iştirakçılarına xəbərdarlıq edilib: "Xəbərdarlıqda bildirilib ki,“Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna əsasən ayrı-seçkiliyə, ədavətə və ya zorakılığa çağırışlarla müşayiət olunan, milli, irqi və ya dini ədavəti təbliğ edən və təhqiredici şüarlardan istifadə olunmamasına ciddi nəzarət edilsin".
Qeyd edək ki, Bakı meriyasından onu da bildiriblər ki, planlaşdırılan mitinqlər şənbə və bazar gününə təyin olunması daha məqsədəuyğundur.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.