"Arsenal”ın futbolçusu Məsut Özilin atası Mustafa Özil oğlunu məhkəməyə verib.
Qol.Az-ın "Bild" qəzetinə istinadən yaydığı xəbərə görə, buna səbəb keçən ilə kimi oğlunun meneceri olan ata Özilin pulunu almamasıdır.
Mustafa Özil məhkəmə vasitəsi ilə oğlundan menecerlik maaşı olaraq 600 min avro, reklam işləri üçün isə 30 min avro tələb edib. Pula görə ata ilə oğul arasında münasibətin yaxşı olmadığı iddia edilib.
Qeyd edək ki, hazırda M.Özilin meneceri qardaşı Mutlu Özildir.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.