Çinin Henyan əyalətində 38 nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi qeydə alınıb. Bu barədə “Şinxua” agentliyi xəbər yayıb.
Xəbərdə bildirilir ki, hadisə Pindşan şəhəri Luşan qəsəbəsində yerləşən Kanqlı qocalar evində yaşanıb. Binanın yataqxanasında başlayan yanğın, bir anda bütün binanı bürüyüb.
Yanğının söndürülməsindən sonra axtarış-xilasetmə işlərinə başlanılıb. İlkin məlumatlara əsasən, 38 nəfər ölüb, 2-si ağır olmaqla isə 6 nəfər ciddi yanıq xəsarətləri alıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.