ATV ANS-ə cavab verdi, ardınca eks ANS-çini işə götürdü...
ANS ilə ATV arasında sonuncunun aparıcısı Mətanət Əliverdiyeva mövzusunda başlanan qalmaqal səngimək bilmir. Son olaraq ANS kanalında ATV-nin “Gündəlik” verilişinin aparıcısı Mətanət Əliverdiyeva və ATV kanalı əleyhinə süjet hazırlanıb. ATV-nin “Həftə sonu” verilişində isə bu hücum cavabsız qoyulmayıb. ATV kanalının süjetində bildirilib ki, faciə baş verən günü ATV ilk olaraq efir proqramına dəyişiklik edib: “Şou proqramların yayımı dayandırıldı, hər iki radiomuzda musiqili-əyləncəli proqramlar ləğv edildi.
Hadisə yerindən ən dolğun xəbərləri yerində canlı olaraq biz yayımladıq. Bu bizim peşə borcumuzdu. İllərdi ATV olaraq bu funksiyanı heç kimdən əksik, yox laiqincə yerinə yetirmişik, həmişə öndə olmuşuq. Bu dəfə də belə odu. Yanğının səbəbləri, dəyəri milyonlarla ölçülən villaların sahibləri kimlərdi kimi süjetlərimizi hər kəs izlədi. Dövlət başçısının səsləndirdiyi problemlərin üzərinə getməyimiz, öz işimizdə olmağımız, görünür, kimlərdəsə qıcıq yaratdı. Bu müddət ərzində ATV-yə hücümlar başladı. Səbəb aparıcımız Mətanət xanımın işlətdiyi yeddi sözdən ibarət bir cümlə idi.Binanı ATV və ya Mətanət xanım yandırmamışdı. Ən acınacaqlısı isə odur ki, ATV-yə qarşı bu kampaniyaya qonşu kanallardan biri də qoşuldu. O da başa düşüləndi. Yanğından iki gün əvvəl bu başı bəlalı reytinq məsələsi həmin kanalın efirində geniş şərh olundu. Yanğından bir gün əvvəl isə Laçının işğalı günü yenə həmin kanalda aparıcıların reytinqə görə yerdəyişməsi canlı efirdə əsas müzakirə mövzusu oldu".
ANS ATV-nin bu açıqlamasına hələ cavab verməsə də, sonuncunun “atakları” davam edir. ANS-in keçmiş əməkdaşı, APA TV-nin sabiq baş direktoru Eldəniz Vəliyevə ATV-də redaktor vəzifəsi verilib. E.Vəliyev bu faktı aznews.az saytına təsdiqləyib. Bildirib ki, Mətanət Əliverdiyevanın aparıcısı olduğu “Gündəlik” verilişinin redaktoru kimi çalışmağa başlayıb.
Qeyd edək ki, Eldəniz Vəliyev uzun illər ANS televiziyasında çalışıb. APA TV yaranandan sonra isə ora baş direktor təyin edilib. Bir müddət sonra isə işdən azad olunub.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.