Bill Qeyts həmtəsisçisi olduğu “Microsoft” şirkətinin səhmlərini satmağa davam edir.
Milyarder ötən ayın sonunda qiymətli kağızların növbəti hissəsini satıb.
CİA.az ICTnews saytına istinadən bildirir ki, “Computer World”un məlumatına görə, 2014-cü il oktyabrın 27-dən 31-dək Bill Qeyts 45,92 - 46,76 dollar qiymətinə təxminən 20 milyon səhm sataraq 925 milyon dollar qazanıb.
Qeyts hazırda “Microsoft”un 13.6 milyard dollar dəyərində 278 milyon səhminə sahibdir. “Microsoft”un keçmiş rəhbəri hər rüb şirkətin təxminən 20 milyon səhmini satır və qazandığı pulu xeyriyyəçiliyə istiqamətləndirir. Bu templə Qeyts dörd il sonra “Windows” istehsalçısı səhmdarlarının tərkibini tərk edəcək.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.