banner
banner

Dünya

Kanada İŞİD-i vurdu

Kanada İŞİD-i vurdu

Kanada HHQ İraqda İŞİD terror qruplaşmasının artilleriya yerləşdirdiyi nöqtələrə aviazərbələr endirib.

ANS PRESS-in məlumatına görə, bu barədə Kanada müdafiə nazirliyinin mətbuat katibi Rob Nikolson xəbər yayıb.

Onun sözlərinə görə, CF-18 qırıcı-bombardmançı təyyarəsi lazer təqib cihazından istifadə edərək,Tikritin şimalında Baydji şəhəri yaxınlığında silahlıların artilleriya qüvvələrini məhv edib.

Bundan əlavə qeyd edilir ki, əməliyyat 11 noyabrda, Kanadalalıların müharibələrdə həlak olan həmvətənlilərini anma gününə həsr edilib.

Qeyd edək ki, Kanada HHQ İraqda İŞİD qruplaşmasına qarşı ilk aviazərbələrini 3 noyabrda edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.