banner
banner

Dünya

Sərxoş kişi qızını öldürdü

Sərxoş kişi qızını öldürdü

Rusiyada 50 yaşlı sərxoş sürücü avtomobili ilə öz qızını vurub öldürüb.
Bədbəxt hadisə mayın 25-dən 26-na keçən gecə olub. "Niva" avtomobilini idarə edən bir sürücü balıq ovundan qayıdan zaman yeniyetmə qızı vurub. 16 yaşlı qız maşının getdiyi istiqamətdə yolun kənarı ilə gedirmiş. Onun aldığı xəsarətlər kifayət qədər ağır olub. Nəticədə qız aldığı xəsarətlərdən yerindəcə keçinib. 

Məlum olub ki, ölən qız sürücünün doğma qızı - Anastasiya olub. Qız doqquzuncu sinifdə oxuyurmuş.

Araşdırma zamanı adamın sərxoş olduğu müəyyən edilib. İndi doğma qızını öldürən sərxoş sürücünün cinayət məsuliyyətinə cəlb edilib-edilməyəcəyi müzakirə olunur.


Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.