İcarə əsasında bu mövsüm "Bursaspor"da forma geyinən brazilyalı forvard Fernandao karyerasını "Fənərbaxça"da davam etdirəcək. İstanbul nəhəngi 5 milyon dollar qarşılığında sambaçını heyətinə qatıb. Futbolçunun "Fənərbaxça"da illik 2 milyon avro qazanacağı qeyd olunur. Bu haqda Türkiyə mətbuatı açıqlama verib. Bu mövsüm Türkiyə çempionu olan "Qalatasaray" da brazilyalı ilə ciddi maraqlanırdı. Qeyd edək ki, Fernandao müqavilə ilə "Atletiko Paranaense"yə məxsus idi.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.