Bəzi rayonların qaz təchizatında məhdudiyyətlər olacaq. Cia.az-ın SOCAR-ın saytına istinadən məlumat verir ki, mayın 27-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Hacıqabul Magistral qaz kəmərləri sahəsinin “Atbulaq”, Ağdaş Magistral qaz kəmərləri sahəsinin “Goranboy” və “Zaqatala”, Ağdam Magistral qaz kəmərləri sahəsinin “Ağcabədi”, Siyəzən Magistral qaz kəmərləri sahəsinin “Xızı”, Astara Magistral qaz kəmərləri sahəsinin “Avrora” Qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Təmir müddətində Hacıqabul rayonunun Atbulaq, Lənkəran rayonunun Gərmətük, Aşağı Nüvədi, Bürcəli, Mamusta, Viyən, Kənarmeşə və Şürük kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Ağcabədi, Bərdə, Naftalan, Goranboy və Xızı rayonlarının bəzi hissələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.