FİFA prezidenti Rövnəq Abdullayevə məktub göndərdi
FIFA prezidenti Yozef Blatter Azərbaycan Premyer Liqasının qalibini təbrik edib. O, AFFA-nın prezidenti Rövnəq Abdullayevə məktub ünvanlayıb. Həmin məktubda FIFA prezidenti dünya futbol ailəsi adından "Qarabağ" (Ağdam) klubunu Azərbaycan Premyer Liqasının 2014/15 mövsümünün qalibi olması, gözəl oyunu ilə azarkeşlərinə böyük sevinc yaşatması münasibətilə təbrik edib, daha böyük uğurlar arzulayıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.