“Erməni xalqı onlarla tabutun gəlməsini istəmirsə...”- MN
"...öz rəhbərliyindən tələb etməlidir ki, Ermənistanın silahlı qüvvələri dərhal və birdəfəlik işğal olunmuş Azərbaycan ərazilərini tərk etsinlər"
“Ermənistan müdafiə naziri Seyran Ohanyanın mayın 25-də parlamentdəki brifinqdə çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsi və cəbhədəki vəziyyətə dair səsləndirdiyi fikirlər onun xarakterinə uyğun boş bəyanatlar və vədlər silsiləsindəndir”.
Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər:
“Deyəsən Ermənistanın hərbi-siyasi rəhbərliyi 2014-cü ildə və bu il ərzində cəbhədə verdiyi ağır itkiləri yaddan çıxarıb. Əgər erməni xalqı növbəti dəfə bu cür zərbələrə məruz qalmaq, evlərinə onlarla tabutun gəlməsini istəmirsə, öz rəhbərliyindən tələb etməlidir ki, Ermənistanın silahlı qüvvələri dərhal və birdəfəlik işğal olunmuş Azərbaycan ərazilərini tərk etsinlər”.
Müdafiə Nazirliyinin cavabında qeyd olunub ki, əks halda Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan, prezident İlham Əliyevin rəhbərliyi altında işğalçıya cavab vermək hüququnu özündə saxlamaqla, düşmənin istənilən təxribatının qarşısını daha üstün qüvvə ilə dərhal alacaq və onu məhv edəcək.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.