Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Respublika günü münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib.
Cia.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, təbrikdə deyilir: “Yoldaş zabitlər, gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslar! Sizi 28 May – Respublika Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Azərbaycan Xalq Cumhuriyyətinin yaranması respublikamızın tarixində ən əlamətdar hadisələrdən biri olmaqla, xalqımızın azadlıq, müstəqillik arzusu ilə yaşaması əzmini bir daha nümayiş etdirib. 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etməsinə baxmayaraq, yalnız xalqımızın təkidli xahişi ilə Ümummilli liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra onun apardığı uğurlu daxili və xarici siyasət nəticəsində respublikamız müstəqilliyini, varlığını itirmək təhlükəsindən xilas olaraq sivil, demokratik inkişaf yoluna qədəm qoyub. Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin iqtisadi inkişafı təmin edilmiş, demokratik hüquqi dövlət və ordu quruculuğu sahəsində böyük uğurlar qazanılıb. Ali Baş Komandanımızın Silahlı Qüvvələr qarşısında qoyduğu mühüm vəzifələrin müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində ordumuzun döyüşə hazırlıq səviyyəsi, döyüş qabiliyyəti və şəxsi heyətin vətənpərvərlik ruhu dinamik surətdə intensiv olaraq artmaqdadır. Bir neçə gündən sonra Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları ölkəmizin beynəlxalq aləmdə nə qədər böyük nüfuza malik olduğunun və respublikamızın tərəqqisinin təzahürüdür. İnanıram ki, Siz Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalacaq, döyüş və ictimai-siyasi hazırlıqda yeni uğurlar əldə edəcək və Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi altında üçrəngli dövlət bayrağımızı işğal altında olan əzəli və əbədi torpaqlarımızda dalğalandıracaqsınız. Hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və xidmətinizdə yeni müvəffəqiyyətlər arzulayıram”.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.