banner
banner

Sosİal

Kəmaləddin Heydərov FHN-i xüsusi rejimə keçirir

Kəmaləddin Heydərov FHN-i xüsusi rejimə keçirir

Fövqəladə Hallar Nazirliyi (FHN) Avropa Oyunlari zamani baş verə biləcək istənilən hadisələrin qarşısını almaq üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bu məqsədlə nazirliyinin bütün sturukturları da tam hazırlıq səviyyəsinə gətirilib. Əlbəttə ki, bu hazırlıqlarda və təhlükəsizliyin təminində qurumun Xüsusi Riskli Xilasetmə xidmətinin üzərinə də çox böyük iş düşür. İdman yarışlarının keçiriləcəyi ərazilər də daxil olmaqla bütün qərargahlar 24 saat müddətində fasiləsiz işləyəcək. Qabaqlayıcı tədbirlərin görülməsi barədə dərhal qərargaha məlumat ötürüləcək ki, bu da baş verə biləcək hadisələrin vaxtında qarşısının alınmasına xidmət edəcək.

FHN-in rəsmisi Kür Səfərəliyev bildirib ki, FHN-in xilasediciləri idman keçiriləcək arenalarada yerləşdiriləcək və lazım gələrsə insanların köməyinə çatacaqlar.

Təhlükəsizliyin təmin edilməsi üçün idman arenaları insan və texniki vasitələrlə yanaşı xüsusi təlim görmüş itlərin vasitəsi ilə də qorunacaq. Bu məqsədlə irimiqyaslı idman yarışları keçirmiş bir çox ölkələrin mülki təhlükəsizlik tədbirləri təhlil edilib. Həmçinin baş verə biləcək fövqəladə hadisələrin qarşısının vaxtında alınması ilə bağlı 14 istiqamət üzrə xüsusi planlar tərtib edilib.

Kür Səfərəliyev onu da qeyd etdi ki, FHN-in əməkdaşları artıq yerlərlə tanış olub və görəcəkləri işlər haqqında təlimatlandırılıb.

Qonaqların qaldığı otellerdə də monitorinqlər aparılıb. Onların texniki personalı gündəlik təlimlərə cəlb edilib. Bu otellərdə nazirliyin canlı qüvvə və texnikası da keşik çəkəcək.

Avarçəkmə yarışlarının keçiriləcəyi Mingəçevir şəhərində isə nazirlyin regional bölməsi fəaliyyət göstərəcək. Buradakı xilasedici dəstələr də artıq hazırlıq vəziyyətinə gətirilib. Ümumiyyətlə, I Avropa Oyunları zamanı kimliyindən asılı olmayaraq hər bir insan fövqaladə vəziyyətlərlə bağlı “112” və “101” qanyar xəttinə müraciət edə bilər. Bu xidmətlərə Azərbaycan, ingilis, rus dillərində müraciətlər oluna bilər. Bu müraciətlər operativ şəkildə cavablandırılacaq və ya lazım gələrsə, digər orqanlara- səhiyyə və polisə yönəldiləcək.

Xatırladaq ki, Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovdur.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.