banner
banner

Gündəm

“Əfv olmayacaq” – AÇIQLAMA

“Əfv olmayacaq” –

"28 May – Respublika Günü ilə bağlı əfv sərəncamı verilməyəcək". Cia.az xəbər verir ki, bunu Modern.azsaytına Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, xaql şairi Zəlimxan Yaqub deyib.

“Əfv sərəncamının verilməsi nə vaxt gözlənilir” sualına Zəlimxan Yaqub belə cavab verib: “Bu barədə məndə məlumat yoxdur və növbəti əfvin nə zaman baş tutacağı da bilinmir”.

Qeyd edək ki, Əfv Komissiyasının digər üzvləri bundan əvvəl 28 May – Respublika Günü ilə bağlı əfv sərəncamının imzalanacağını istisna etmirdilər.

“Bu günlərdə əfv sərəncamının imzalanacağını gözləmirəm. Amma əfv sərəncamı hər zaman ola bilər”.

Bu sözləri İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Səadət Bənənyarlı deyib.

“28 May- Respublika Günün əfv sərəncamı imzalanmasa, bəs nə vaxt verilməsi gözlənilir” sualına cavabında Səadət Bənənyarlı bildirib ki, istənilən vaxt əfv sərəncamı imzalana bilər: “Əfv iyun ayında da verilə bilər.

Biz bilirik ki, Əfv Məsələləri Komissiyasında mütəmadi işlər gedir. Məncə, yaxın günlərdə əfv sərəncamının verilməsi üçün hazırlıqlar hələ başa çatmayıb. Bu haqda həm də siyasi qərar olmalıdır. Hər şey ölkə rəhbərindən asılıdır. Əfvin verilməsini biz də çox istəyirik və gözləyirik”.  

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.