|
Azərbaycan birinci divizionunda 2014/2015 mövsümünə yekun vurulub. Cia.Az-ın məlumatına görə, çempionluğu rəsmiləşdirən "Neftçala" sonuncu-30-cu turda doğma meydanda "Qaradağ Lökbatan"la qarşılaşıb və 4:5 hesabı ilə uduzub. Turnirdə 2-ci və 3-cü yer uğrunda gərgin mübarizə gedib. Təsadüfi deyil ki, gümüş və bürünc medalların sahibləri məhz son turda müəyyənləşib. Son turda qalib gələn “Ağsu” və “Rəvan”ın xalları eyni olduğuna görə, komandaların öz aralarında keçirdikləri oyunların nəticələri əsas götürülüb. Beləliklə, bu göstəriciyə görə “Ağsu” “Rəvan”ı üstələyərək gümüş medala sahib çıxıb. “Rəvan” isə turniri bürünc medalla yekunlaşdırıb. 27 may “Göyəzən” - “Kəpəz” - 0:3 “Rəvan” - “Şahdağ” - 1:0 “Neftçala” - “Qaradağ Lökbatan” - 4:5 MOİK - “Şəmkir” - 1:2 “Turan Tovuz” - “Energetik” - 5:0 “Şuşa Qarabağ” - “Ağsu” - 1:2 “Ağsu” - “Mil Muğan” - 5:1
İlham Allahverdiyev ("Qaradağ Lökbatan") - 21 qol Fərmayıl Əliyev ("Neftçala") - 16 qol Məhəmməd Alıyev ("Neftçala") - 15 qol Cia.az
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||


