banner
banner

Sosİal

Bakıda qida yoxlamağın yeni yolu

Bakıda qida yoxlamağın yeni yolu

2015-ci il I Avropa Oyunları ilə əlaqədar Bakıya səyyar qida laboratoriyaları gətirilib. Bundan sonra qidalar səyyar maşınlar vasitəsilə yoxlanılacaq. Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətin rəhbəri Fazil Talıblı bildirdi ki, bu səyyar laboratoriyalar vasitəsilə qidaların keyfiyyəti elə yerindəcə yoxlanılacaq. 

Bu həm vaxt itkisinin qarşısını alacaq, həm də operativlik baxımından daha da tezləşəcək. Artıq iki belə laboratoriya gətirilib. Sözügedən laboratoriyalar İsveçrə, İngiltərə, Almaniya kimi ölkələrin istehsal etdiyi avadanlıqlarla təchiz olunub.

Fazil Talıblı onu da əlavə edib ki, bu laboratoriyalar vasitəsilə operativ şəkildə, mağaza və restoranlarda ərzaqların keyfiyyəti yoxlanacaq. 

Laboratoriyalar həmçinin bütün qida məhsullarında, o cümlədən suda operativ şəkildə keyfiyyətə nəzarət etməyə imkan verəcək. Həmin laboratoriyada qida məhsullarının ölkəmizdə qüvvədə olan eləcə də beynəlxalq standarlarda da qeyd olunan keyfiyyətə uyğun fiziki, kimyəvi və mikrobioloji, o cümlədən insan sağlamlığı üçün təhlükəli mikrotoksinlərin təyini üzrə sınaqlar aparılıb. Yaxın vaxtlarda 4 yeni belə laboratoriyaların gətirilməsi planaşdırılır.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.