Rusiyanın idman naziri Vitali Mutko jurnalistlərin suallarına özünəməxsus şəkildə ingiliscə cavab verməklə yenidən gündəmə gəlib. Mutko Sürixdə FİFA konqresinin açılış mərasimində Qərb jurnalistlərinin suallarını cavablandırıb. "World cup in Russia is no problem. Is very good temp, open new stadium, no problem, no criminality. Russian bidding is open, is no problem. (Rusiyada dünya çempionatı ilə bağlı problem yoxdur, çox yaxşı tempdir, yeni stadion açırıq, problem yoxdur, kriminal yoxdur), deyə nazir bildirib.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.