5 yaşlı Qələndərova Aişə Füzuli qızının yaxınlarının verdiyi məlumata görə, A.Qələndərova həyətdə oynayarkən qəfildən yoxa çıxıb.
Hadisə bu gün günorta saat 3-4 radələrində baş verib.
5 yaşlı Qələndərova Aişə Füzuli qızının əynində çəhrayı rəngdə köynək və qırmızı şalvar olub.
Qızın itkin düşməsi ilə bağlı Pirallahı polis şöbəsinə müraciət edilib.




