Dünya rekordçusu olan boksçu həlak olub. Birinci raundda qazandığı qələbələrin sayına əsasən rekordçu hesab edilən yəmənli peşəkar boksçu Ali Raymi ölkəsində aparılan hava hücumlarının qurbanı olub. Bu barədə xəbəri idmançının meneceri Feliks Arno “Ring TV”nin amerika saytına verib.
“41 yaşlı bokçsu mayın 23-də ölkənin paytaxtında “Ərəb koalisiyası”nın bomba hücumu zamanı həlak olub. Təəssüf ki, bu həqiqətdir”, – deyə idmançının meneceri bildirib.
O, 2013-cü ilin noyabrında birinci raundda qələbələrinin sayına görə dünya rekordçusu seçilib. İdmançı keçirdiyi 25 döyüşün hamısında nokautla qələbə qazanıb.
İdmançı Ümumdünya boks assosiasiyasının (VBA) reytinqində 6-cı yeri, 48,98 kq-a qədər çəki kateqoriyasında isə Ümumdünya boks təşkilatının reytinqində (VBO) 8-ci yeri tuturdu.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.