banner
banner

Sosİal

Nazirlik 500 nəfərə əlil arabası verib

Nazirlik 500 nəfərə əlil arabası verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən bu ilin yanvar-aprel aylarında müvafiq tibbi göstərişi olan 491 nəfər əlilliyi olan şəxs əlil arabası ilə təmin edilib.

Nazirlikdən verilən məlumata görə, qeyd olunan dövrdə Mərkəz, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən əlilliyi olan şəxslərin eyni zamanda 269 ədəd aşağı ətraf və 37 ədəd yuxarı ətraf protezləri, 129 ədəd ortez-korset, 51 ədəd döş protezi, 781 cüt ortopedik ayaqqabı, 137 ədəd eşitmə aparatı, 7069 yardımçı məmulat və s. ilə təminatı həyata keçirilib.

 

Həmçinin əlilliyi olan şəxslərə məxsus 217 reabilitasiya vasitəsi və protez-ortopedik məmulat təmir edilərək yenidən onların istifadəsinə verilib. Yanvar-aprel aylarında əlilliyi olan şəxslər ümumilikdə 9590 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin olunublar. Mərkəzin və onun Gəncə şəhərindəki filialının mürəkkəb protezləşdirmə stasionarlarında son 4 ayda 190 nəfər əlilliyi olan şəxsə protezləşməyə hazırlanma və protezlə hərəkət edilmənin öyrədilməsi ilə bağlı müvafiq xidmətlər göstərilib, o cümlədən onurğa sütunu zədələnmiş spinal əlillərin və skoliozlu uşaqların reabilitasiyası istiqamətində bərpa-müalicə işləri aparılıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.