Ermənistan ordusunun əsgəri xəstəlikdən ölüb. Cia.az-ın məlumatına görə, 19 yaşlı əsgər xərçəng xəstəliyindən dünyasını dəyişib. Xdr Saroyan adlı əsgər milliyətcə yezit olub. Məlum olub ki, Saroyan İrəvan Dövlət Universitetinin birinci kurs tələbəsi olub. Ölən əsgərin yaxınları bildirib ki, Xdr 12 yanvarda orduya çağırıldıqdan sonra vəziyyəti ağırlaşıb. Andiçmədən sonra əsgərin halı pisləşib və temperaturu yüksəlib. Ancaq buna baxmayaraq onu təxris etməyiblər. Uzun müddət hospitallarda müalicə olunan Xdr əziyyət çəkdiyi xərçəng xəstəliyindən ölüb.
Qeyd edək ki, ölkədə ağır iqtisadi vəziyyətdən yaxa qurtarmaq istəyən erməni gənclər xarici ölkələrə üz tutduğu üçün Ermənistan ordu sıralarına əsgər cəlb etməkdə çətinlik çəkir. Məhz buna görə erməni tərəfi müalicəsi mümkün olmayan xəstə insanları, həmçinin ömürlük həbs olunmuş cinayətkarları ön cəbhəyə göndərir.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.